BEST İpək Mat Daxili İnteryer Boyası
BEST İpək Mat Daxili İnteryer Boyası son tamamlama interyer işlərində istifadə olunan , akrılık-- kopolimer əsaslı , yüksək örtmə qabiliyyətli, mükəmməl ağlığa və yarı mat ğörünüşə malik subazli boyadir.
Xüsusiyyətləri:
BEST İpək Mat Daxili İnteryer Boyası hər cür səthə mükəmməl bir yapışma göstərir. Səthlərə yarı mat , təmiz və dekorativ bir görünüş verir.Yüksək elastik quruluşa malik olması sayəsində çatlamaz və rütubətin üz səhtdən udmasi nəticəsində otaqlarda nəmin qarşısını alır. Mükəmməl bəyazlığa və örtücülüyə malikdir. Su ilə silinmə və yuyulmağa dayanıqlıdır. Asan tətbiq edilir. Rəngləri solmaz.
Tətbiq sahələri:
Tikililərin daxilində ğips və ya sement tərkibli bütün növ inşaat materialları uzərində gözəl yapışma - örtmə xüsusiyyətləri göstərir.Qonaq, yataq otaqlarının interyerlərinin son tamamlama işlərində ,yüksək rütubətli otaqlarda və həmçinin divarları intensiv yuyulmaya və silinməyə məruz qalan otaqlarda tətbiq oluna bilər. 20000 dəfəyə qədər sürtünməyə davamlıdır. Qapıların və mebellərin boyanmasında istifadə olunmur.
Istifadə qaydalari:
BEST İpək Mat Daxili İnteryer Boyası tətbiq olunmadan əvvəl səth yağ, toz və qum kimi yapışğanlığı azaldan maddələrdən tamamilə təmizlənməlidir. Yeni suvanmiş səhtlər AKBAY Alcı ilə işlənilməlidir və 21 gün (20 C-də) səthin tam quruması gözlənilməlidir. Sonra BEST Binder ilə yuyulmalıdır. Yeni suvanmış səthin üzərinə boya cəkildikdə səht Best Binder ilə işlənilməlidir. BEST İpək Mat Daxili İnteryer Boyası köhnə sintetik boyalı səthə tətbiq olunacaqsa, səth yaxşı təmizlənməlidir və BEST Kecid Astar ilə işlənməlidir.
Birinci qat 10% -15% su ilə, ikinci qat isə 5%-10% su ilə incəltilərək fırça(YİLDİRİM Fırça) və ya rulo(YİLDİRİM Rulo) ilə 2 qat boyanır. Qatlar arasında 4 saat gözlənilməlidir. Boyama işləri +5 C ilə +45 C arasında, % 80 rütubətin altında aparılmalıdır. Həlledici kimi su istifadə olunur. Quruma vaxtı-- 4 saat.Təzə boyanmış səht nəm əski ilə ehtiyatla silinə bilər, beləki tam quruma bir neçə gündən sonra baş verir.
Sərfiyyat:
Tək qatda ortalama 1 litr 3-4 kv.m əhatə edir.
Saxlama şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +50 °C üstündə olmayan mühitdə su qatılmamış şəkildə , orijinal , ağzı bağlı qablarda 3 il müddətində saxlanıla bilər.
Təhlükəsizlik Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.