Məhsullar - Su əsaslı boyalar - Lux boyalar - İpək Mat Daxili İnteryer Boya

BEST İpək  Mat Daxili İnteryer Boyası 
 
  BEST İpək  Mat Daxili İnteryer Boyası  son tamamlama  interyer işlərində istifadə olunan ,  akrılık-- kopolimer əsaslı  , yüksək  örtmə qabiliyyətli, mükəmməl ağlığa və yarı mat ğörünüşə malik subazli boyadir.
Xüsusiyyətləri:
BEST  İpək  Mat Daxili İnteryer Boyası  hər cür səthə mükəmməl bir yapışma göstərir. Səthlərə yarı mat , təmiz və  dekorativ bir görünüş verir.Yüksək elastik quruluşa malik olması sayəsində çatlamaz və rütubətin  üz  səhtdən udmasi nəticəsində otaqlarda nəmin qarşısını alır.  Mükəmməl bəyazlığa və örtücülüyə malikdir. Su  ilə silinmə və yuyulmağa dayanıqlıdır.  Asan tətbiq edilir. Rəngləri solmaz. 
Tətbiq sahələri:
 Tikililərin daxilində ğips və ya sement tərkibli  bütün növ inşaat materialları  uzərində gözəl yapışma - örtmə  xüsusiyyətləri göstərir.Qonaq, yataq otaqlarının interyerlərinin son tamamlama işlərində ,yüksək rütubətli otaqlarda və həmçinin divarları intensiv yuyulmaya və silinməyə məruz qalan otaqlarda tətbiq oluna bilər. 20000 dəfəyə qədər sürtünməyə davamlıdır. Qapıların  və mebellərin boyanmasında istifadə olunmur. 
Istifadə qaydalari: 
BEST  İpək  Mat Daxili İnteryer Boyası  tətbiq olunmadan əvvəl səth yağ, toz və qum kimi yapışğanlığı azaldan maddələrdən tamamilə təmizlənməlidir. Yeni  suvanmiş   səhtlər    AKBAY Alcı  ilə  işlənilməlidir  və 21 gün (20 C-də) səthin tam quruması gözlənilməlidir. Sonra  BEST Binder ilə yuyulmalıdır.  Yeni suvanmış səthin üzərinə boya cəkildikdə səht  Best Binder ilə işlənilməlidir.        BEST  İpək  Mat Daxili İnteryer Boyası köhnə sintetik boyalı səthə tətbiq olunacaqsa, səth yaxşı  təmizlənməlidir və BEST Kecid Astar ilə işlənməlidir.
Birinci qat  10% -15%  su ilə, ikinci qat isə  5%-10%  su ilə incəltilərək fırça(YİLDİRİM Fırça)  və ya rulo(YİLDİRİM Rulo)  ilə 2 qat boyanır. Qatlar arasında  4 saat gözlənilməlidir. Boyama işləri  +5 C  ilə  +45 C arasında, % 80 rütubətin   altında  aparılmalıdır. Həlledici kimi su istifadə olunur. Quruma vaxtı-- 4 saat.Təzə boyanmış səht nəm əski ilə ehtiyatla silinə bilər, beləki tam quruma bir neçə gündən sonra baş verir.
Sərfiyyat:
Tək qatda ortalama 1 litr 3-4 kv.m əhatə edir.
Saxlama  şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +50 °C üstündə olmayan mühitdə su qatılmamış şəkildə , orijinal , ağzı bağlı qablarda  3 il müddətində  saxlanıla bilər.
Təhlükəsizlik Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.