Məhsullar - Su əsaslı boyalar - Lux boyalar - Su Əsaslı Parlaq Воуа

      BEST  Su əsaslı parlaq boya
 
   BEST  Su əsaslı parlaq boya son tamamlama  interyer işlərində istifadə olunan,  akrılık-kopolimer əsaslı, yüksək ağlığa və parlaqlığa malik subazli boyadır. 
Xüsusiyyətləri:
BEST  Su əsaslı parlaq boya   hər cür səthə mükəmməl bir yapışma göstərir. Səthlərə  tam parlaq, təmiz və  dekorativ bir görünüş verir.Yüksək elastik quruluşa malik olması sayəsində çatlamaz və rütubətin  üz  səhtdən udması nəticəsində otaqlarda nəmin qarşısını alır.  Mükəmməl bəyazlığa və örtücülüyə malikdir.  Asan tətbiq edilir. Rəngləri solmaz. 
Tətbiq sahələri:
Tikililərin daxilində ğips və ya sement tərkibli  bütün növ inşaat materialları  uzərində gözəl yapışma ( örtmə)  xüsusiyyətləri göstərir.
Istifadə qaydalari:
BEST  Su əsaslı parlaq boya    tətbiq olunmadan əvvəl səth yağ, toz və qum kimi yapışğanlığı azaldan maddələrdən tamamilə təmizlənməlidir. Köhnə boya qalıqları təmizlənməlidir. Yeni  suvanmış   səhtlər     AKBAY Alcı  ilə  işlənməlidir və 21 gün (20 C-də) səthin tam quruması gözlənilməlidir. Sonra   isə  BEST Binder  ilə yuyulmalıdır . Birinci qat  10%   su ilə, ikinci qat isə  5%  su ilə incəltilərək fırça və ya rulo ilə 2 qat boyanır. Qatlar arasında 12 saat gözlənilməlidir. Boyama işləri  +5 C  ilə  +45 C arasında, % 80 rütubətin   altında  aparılmalıdır. Həlledici kimi su istifadə olunur.
Saxlama  şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +40 °C üstündə olmayan mühitdə su qatılmamış şəkildə , orijinal ağzı bağlı qablarda  3 il müddətində  saxlanıla bilər.
Təhlükəsizlik Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun. Orqanizmə  daxil olduqda zərərlidir.