Məhsullar - Su əsaslı boyalar - Lux boyalar - BIG BEST LUX Plastik

 BIG BEST LUX PLASTİK 
 
BIG BEST LUX PLASTİK - İnteryer  boyanmasında istifadə olunan akrılık kopolimer əsaslı yüksək keyfiyyətli,  tam mat görünüşlü su bazlı  boyadır.
Özəllikləri :
BIG BEST LUX PLASTİK  hər cür səthə mükəmməl bir yapışma göstərir. Yüksək elastik quruluşa malik olması sayəsində çatlamaz və rütubətin  üz  səhtdən udmasi nəticəsində otaqlarda nəmin qarşısını alır.  Mükəmməl bəyazlığa və örtücülüyə malikdir.  Asan tətbiq edilir. Rəngləri solmaz. Səthlərə mat, təmiz və  dekorativ bir görünüş verir.
Tətbiq sahələri:
Tikililərin daxilində  bütün növ asbest – sement suvaqlarin, beton təbəqələrin ve köhnə daş - kərpic binaların  sement tərkibli suvaqları  uzərində gözəl yapışma ( örtmə)  xüsusiyyətləri göstərir.
Istifadə qaydalari:
BIG BEST LUX PLASTİK  tətbiq olunmadan əvvəl səth yağ, toz və qum kimi yapışğanlığı azaldan maddələrdən tamamilə təmizlənməlidir. Köhnə boya qalıqları təmizlənməlidir. Yeni  suvanmiş   səhtlər     AKBAY Alci  ilə  işlənməlidir və 21 gün (20 C-də) səthin tam quruması gözlənilməlidir. Sonra   isə  BEST Binder  ilə yuyulmalıdır . Birinci qat  10% -15%  su ilə, ikinci qat isə  5%-10%  su ilə incəltilərək fırça və ya rulo ilə 2 qat boyanır. Qatlar arasında 1 saat gözlənilməlidir. Boyama işləri  +5 C  ilə  +45 C arasında, % 80 rütubətin   altında  aparılmalıdır. Həlledici kimi su istifadə olunur.
Saxlama  şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +40 °C üstündə olmayan mühitdə su qatilmamiş şəkildə , orijinal ağzı bağlı qablarda  3 il müddətində  saxlanıla bilər.
Təhlükəsizlik   Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.