Məhsullar - Su əsaslı boyalar - Lux boyalar - Silikonlu fasad boyası

  Best  Silikonlu  Fasad Boyası
 
Özəllikləri :
Su əsasında hazırlanır.  Silikon tərkibi olduğuna görə nəmin divara kecməsinin qarşısını alır və boyanmış səht həmişe quru qalir. Ultrabənövşəyi  şüalara və hər cür atmosfer deyişikliklərinə  qarşı son dərəcə dayanıqlıdır . Yüksək  örtmə qabiliyyətinə malikdir.Ekoloji cəhətdən tam ziyansızdır.
Tətbiq sahələri:
Bütün növ asbest – sement suvaqların, beton təbəqələrin və köhnə daş - kərpic binaların  sement tərkibli suvaqları  üzərində gözəl yapışma ( örtmə)  xüsusiyyətləri göstərir.
Istifadə qaydaları:
Best  Silikonlu  Fasad Boyası  tətbiq olunacaq  səth əvvəl yağ, toz və qum kimi yapışğanlığı azaldan maddələrdən tamamilə təmizlənməlidir.Köhnə boya qalıqları tam təmizlənməlidir. Səht 2 dəfəyə boyanmalıdır. BEST Silikonlu fasad boyası maksimum 10% su ilə incəltilərək firça (YİLDİRİM Fırça) ,  rulo (YİLDİRİM Rulo) ilə istifadə olunur. . Qatlar arasında 12 saat gözlənilməlidir. Boyama işləri  +5 C  ilə  +30 C arasında, % 80 rütubətin   altında  aparılmalıdır. Həlledici kimi su istifadə olunur.
Sərfiyyat:
Tək qatda ortalama 150-200 ml/m-dir.
Saxlama  şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +50 °C üstündə olmayan mühitdə su qatilmamiş şəkildə , orijinal ağzı bağlı qablarda  3 il müddətində  saxlanıla bilər.
Təhlükəsizlik   Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.