Məhsullar - Su əsaslı boyalar - Lux boyalar - BİG BEST LUX FASAD

   BIG BEST LUX FASAD 
 
BIG BEST LUX FASAD --- Tikililərin fasadlarinda istifadə olunan  akrılık kopolimer  əsaslı, yüksək  örtmə qabiliyyətinə malik, mat boyadır. Tərkibində funqisid və alqesid əlavələrinin olması boyanacaq səhtdə kif göbələklərinin əmələ ğəlməsinin və inkişafının qarşısını alır.
Xüsusiyyətləri:
Rulo ilə boyandıqda iz buraxmır və tətbiq olunduğu səthə mükəmməl bir yapışma göstərir .
Yağış, nəm, günəş şüaları kimi hər cür atmosfer dəyişikliklərinə və  dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı son dərəcə dayanıqlıdır. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubətin çölə atılmasını təmin edir.   Gün şüalarının təsiri altında 15 il müddətində  öz rəngini qoruyur. 
Tətbiq sahələri:
Bütün növ asbest – sement suvaqların, beton təbəqələrin və köhnə daş - kərpic binaların  sement tərkibli suvaqları  uzərində gözəl yapışma ( örtmə)  xüsusiyyətləri göstərir.
Istifadə qaydalari:
Best Lux fasad tətbiq olunmadan əvvəl səth yağ, toz və qum kimi yapışğanlığı azaldan maddələrdən tamamilə təmizlənməlidir. Yeni  suvanmiş   səhtlər   fasad işlərində    BEST  MƏCUN , daxili işlərdə  AKBAY Alci  (sonra  BEST Binder ) ilə  işlənməlidir  və 21 gün (20 C-də) səthin tam quruması gözlənilməlidir. Yeni suvanmiş səthin üzərinə boya cəkildikdə səht  Best Binder ilə işlənməlidir. Birinci qat  10% -15%  su ilə, ikinci qat ise  5%-10%  su ilə incəltilərək fırça və ya rulo ilə 2 qat boyanır. Qatlar arasında 1 saat gözlənilməlidir. Boyama işləri  +5 C  ilə  +45 C arasında, % 80 rütubətin   altında  aparılmalıdır. Həlledici kimi su istifadə olunur.
Saxlama  şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +50 °C üstündə olmayan mühitdə su qatilmamiş şəkildə , orijinal ağzı bağlı qablarda  2 il müddətində  saxlanıla bilər.
Təhlükəsizlik  Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.