BEST PLUS
BEST PLUS daxili dekorativ işlərdə istifadə olunan, mat ğörünüşlü, akrılık kopolimer əsaslı silinə bilən boyadır.
Xüsusiyyətləri:
Yüksək elastik quruluşa malik olması sayəsində çatlamaz və rütubətin üz səhtdən udması nəticəsində otaqlarda nəmin qarşısını alır. Hər cür səthə mükəmməl bir yapışma göstərir.
Istifadə qaydalari:
Best Plus tətbiq olunacaq səth əvvəl yağ, toz və qum kimi yapışğanlığı azaldan maddələrdən tamamilə təmizlənməlidir.Köhnə boya qalıqları tam təmizlənməlidir. Yeni suvanmiş səhtlər AKBAY Alci ilə işlənməlidir və 21 gün (20 C-də) səthin tam quruması gözlənilməlidir. Sonra BEST Binder ilə yuyulmalıdır. Yeni suvanmış səthin üzərinə boya cəkildikdə səht Best Binder ilə işlənməlidir. Səht 2 dəfəyə boyanmalıdır. BEST Plus boyası birinci qatda maksimum 10%-15% su ilə incəltilərək, ikinci qatda 5%-10% su ilə incəltilərək fırça (YİLDİRİM Fırça) , rulo (YİLDİRİM Rulo) ilə istifadə olunur. . Qatlar arasında 2 saat gözlənilməlidir. Boyama işləri +5 C ilə +30 C arasında, % 80 rütubətin altında aparılmalıdır. Həlledici kimi su istifadə olunur.
Sərfiyyat:
Tək qatda ortalama 1 litr 3-4 kv.m əhatə edir.
Saxlama şertləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +50 °C üstündə olmayan mühitdə su qatılmamiş şəkildə , orijinal , ağzı bağlı qablarda 3 il müddətində saxlanıla bilər.
Təhlükəsizlik Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.