Məhsullar - Su əsaslı boyalar - Ekonomik boyalar - Alkim Akrilik boya

             ALKİM  AKRILIK  boya
 
 ALKİM  AKRILIK   BOYA --- Tikililərin fasadlarında istifadə olunan  akrılık kopolimer  əsaslı, yüksək  örtmə qabiliyyətinə malik,  mat, ekonomik  boyadır. 
Xüsusiyyətləri:
Rulo ilə boyandıqda iz buraxmır və tətbiq olunduğu səthə mükəmməl bir yapışma göstərir .
Yağış, nəm, günəş şüaları kimi hər cür atmosfer dəyişikliklərinə  qarşı  dayanıqlıdır. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubətin çölə atılmasını təmin edir.   Gün şüalarının təsiri altında 10 il müddətində  öz rəngini qoruyur. Rənğləndirmə  BEST Color sistemi ilə aparılır.
Tətbiq sahələri:
Bütün növ asbest – sement suvaqların, beton təbəqələrin və köhnə daş - kərpic binaların  sement tərkibli suvaqları  uzərində gözəl yapışma ( örtmə)  xüsusiyyətləri göstərir.
Istifadə qaydalari:
ALKİM  AKRILIK   BOYA  tətbiq olunmadan əvvəl səth yağ, toz və qum kimi yapışğanlığı azaldan maddələrdən təmamilə təmizlənməlidir. Yeni  suvanmiş   səhtlər   fasad işlərində    BEST  MƏCUN , daxili işlərdə  AKBAY Alcı ilə  işlənməlidir və 21 gün (20 C-də) səthin tam quruması gözlənilməlidir. Sonra  ALKİM  Binder  ilə  işlənməlidir.  Yeni suvanmiş səthin üzərinə boya cəkildikdə səht  ALKİM Binder ilə işlənməlidir. Birinci qat  10% -15%  su ilə, ikinci qat isə  5%-10%  su ilə incəltilərək fırça (YİLDİRİM Fırça) , və ya  rulo (YİLDİRİM Rulo)  ilə 2 qat boyanır. Qatlar arasında 1 saat gözlənilməlidir. Boyama işləri  +5 C  ilə  +45 C arasında, % 80 rütubətin   altında  aparılmalıdır. Həlledici kimi su istifadə olunur.
Saxlama  şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +50 °C üstündə olmayan mühitdə su qatılmamiş şəkildə , orijinal , ağzı bağlı qablarda  3 il müddətində  saxlanıla bilər.
Təhlükəsizlik   Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.Ğözə düşdükdə su ulə intensiv yumaq lazımdır.