Məhsullar - SU ƏSASLI ASTAR BOYALAR - Nəmə qarşı Astarlar - Sutut - Su izolyasiya Boyası

BEST SUTUT   
                                                        3,5 kq / 10 kq / 25 kq
 

Tərif
Elastik kopolimer əsaslı olub, binaların iç və çöl zəminlərdə nəmə və rütubətə qarşı istifadə olunur.

Xüsusiyyətləri
Suya qarışdırılıb divara vurulduğunda zəmin üzərində elastik təbəqə yaradır. Zəminin hava qəbul etməsinə maneçilik törətmir. Tərkibindəki xüsusi antimikrob maddələr olduğuna görə mikroorqanizm və bakteriyaları zəminə yaxın buraxmır. Nəmin və rütubətin tam qarşısını alır.

İstifadə yeri 
Hər növ beton, kərpiç, keramika, malalanmış və s. zəminlərdə nəmin və rütubətin qarşısını almaq üçün binaların fasadinda istifadə olunur.
 
İstifadə qaydası
Zəmini toz və başqa lazımsız materiallardan təmizlədikdən sonra təmiz və quru zəminə 100% su ilə incəldilərək 1 qat astar vurulur. Bunun üzərindən 2 qat SUTUT incəldilmədən vurulur. Qatlar bir-birinə əks istiqamətdə vurulmalıdır. Qatlar arasındakı interval ən gec 24 saat olmalıdır. Sutut vurulan zəmini 36 saat yağış, şaxta və günəşdən qorumaq lazımdır. + 5-+30°C istifadə olunur.

Quruma vaxtı
(25°C): temperaturdan və havadakı rütubətdən asılı olaraq dəyişə bilər.
 
Məsrəf
Zəminin vəziyyətindən asılı olaraq 1 m2-ə 0,5 kg - 1,5 kg olabilər.

Saxlama müddəti
2 ildir.
 
DİQQƏT!
Uşaqlardan uzaq tutun!