Məhsullar - AKBAY ALÇI - AKBAY ALÇI SATEM - Akbay Saten

Təyinatı: Beton, kərpic divar və tavanların, suvaq çəkilmiş səthlərin hamarlanması üçün, həmçinin gipskarton laylar arasındakı çat və boşluqların doldurulmasında istifadə olunur.
Texniki xüsusiyyətləri: rəngi    - ağ
istifadə temperaturu -5°C - 35“C
istifadə müddəti - 60-70 dəq.
quruma müddəti, ən azı - 5 saat
çəkilmə qalınlığı - 0.5-8 mm hərəkətlilik 5-7 sm (standart
konusunçökməsi)
1 mm qalınlığa material sərfi -1.0-1.2 kq/m2 təzyiqə qarşı müqaviməti, ən azı - 2.5 N/mm!
Saxlanma qaydaları: Taxta altlıqlar üzərində üst-üstə ən çoxu 10 ədəd kisə yığılmaqla quru yerdə firmanın kisələrində 6 ay müddətində saxlamaq olar.
Səthin hazırlanması: Akbayın astar yaxması hər çür səthlərdə istifadə oluna bilər. Səth quru və möhkəm olmalı, tozdan, çirkdən, yad cisimlərdən və yapışmağa mane olan bütün qalıqlardan təmizlənməlidir. Ilişməni yaxşılaşdırmaq məqsədi ilə səthə əwəlcə bir neçə dəfə BEST "BİNDER"-ini çəkmək lazımdır.
Qarışığın hazırlanması: Təmiz qaba 3.7-5.0 I su tökülüb, üzərinə 10 kq yaxma əlavə edilib bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılır.
Qarışığın divara vurulması: Yaxma lazımi qalınlıqda plankalar arasında səthə basdırılır və ya mala ilə atılaraq yayılır. Yaxıldıqdan sonra barmaq batmayacaq hala gəldiyində dəmir mala vasitəsi ilə hamarlanır, üzərinə üzlük finiş yaxması çəkilir və beləliklə səth boya vurmaq üçün hazır hala gətirilir.
Təhlükəsizlik qaydaları: Yaxma ilə işlədikdə qoruyucu əlcəkdən istifadə olunmalıdır. Gözə və dəriyə düşməsinə imkan verilməməli, düşərsə coxlu su ilə yumaq lazımdır. Faydalı məsləhətlər: Yüksək keyfiyyətli yaxma almaq üçün yuxarıda göstərilən ardıcıllığa, qarışdırma nisbətinə və vaxtına riayət etmək lazımdır Rütubətli otaqlarda istifadə etmek məsləhət görülmür.

Məhsul 30 Kg kisələrdə olur