HAQQIMIZDA

                                                                                           

 
“BEST” boya “YURD-F” MMC-nin məhsul çeşidləri sırasında ən məşhur brendlərindən biridir.
1991-ci ilin oktyabrında ”YURD” kiçik müəssisəsi kimi yaradılmış və əsas fəaliyyət sahəsi kimi kimya məhsullarının istehsalını qarşısına məqsəd qoymuş müəssisə, 2011-ci ildən etibarən “YURD-F” MMC kimi fəaliyyətini davam etdirir. 
1991-ci il Azərbaycan iqtisadiyyatının ən çətin dövrlərində müəssisə ölkə iqtisadiyyatının inkişafı üçün var gücü ilə çalışirdi. Yarandigi ilk dövrlərdə daxili yanma mühərriklərinin və neft-kimya sənayesi avadanlıqlarının soyutma sistemlərində istifadə olunan maye--antifriz istehsal etməyə başlamışdır.                       Sonradan  ”YURD” kiçik müəssisəsi istehsal profilini dəyişərək tikinti məhsulları bazrının  aktiv iştirakçısına cevrildi.
 Ilkin mərhələdə müəssisə həmən  dövr boya sektoru üçün vacib sayılan əlif ( natural və sintetik) istehsal etməyə başlamışdır. Növbəti mərhələdə müəssisə  istehsal istiqamətlərini şahələndirərək müxtəlif növ yapışdırıçıların, izolyasiya məhsullarının (binaların fasadlarında və dam örtüklərində istifadə olunan)  istehsalını təşkil etmişdir. 
    Türkiyyənin və Avropanın tikinti materialları istehsal edən aparıcı şirkətləri ilə əməkdaşlıq edən  ”YURD” kiçik müəssisəsi 2001-ci ildən etibarən ” BEST ” brendi altında boya istehsalına başlamışhdir.
Öz nəaliyyətlərini davam etdirərək müəssisə 2005-ci ildən etibarən astar və üzlük alcılarının istehsalına başlanmışdır. 
    2006-cı ildə şirkət istehlakçıların keyfiyyətli  yaxma və boyama alətlərinə , izolyasiya  məhsullarına olan təlabatını nəzərə alaraq ”Stern”, ”Yıldırım fırça”, ”Vertikal”  kimi Türkiyə-Alman ortaq şirkətlərinin Azərbaycan üzrə rəsmi distribyutorluğuna nail olaraq, onların məhsullarının ölkə sərhədləri çərçivəsində  satışını təşkil etmişdir.
    Şirkət Türkiyyə, İran, Rusiya, İngiltərə, Çin və Amerikanın aparıcı kimya şirkətləri ilə əlaqələr qurmuş və öz nümayəndələrini bu ölkələrə göndərməklə onların qabağcıl iş təcrübəsi ilə tanış olmuşdur.
     Şirkətin marketinq sahəsində çalışan mütəxəssisləri müştəri məmnunluğuna nail olmaq üçün daim çalışırlar. Bunun nəticəsi olaraq  şirkət 2012-ci ildə İSO 9001: 2008 sertifikatına layiq görülmüşdür.
Keyfiyyətli məhsullarla daim sizin xidmətinizdəyik.
 
 
    Şirkətin əsas məqsəd və iş prinsipləri:
Kimya məhsullarının istehsalında ən yeni texnologiyaları daim izləmək və şirkətin istehsal sahələrində yeni texnologiyaların tətbiqinə nail olmaq;
İstehsalatda daim keyfiyyətin yaxşılaşdırılması ucun çalışmaq;
Keyfiyyətli xammal və qabaqcıl texnologiyalardan istifadə edərək istehlakçıya həm keyfiyyətli, həm də daha sərfəli qiymətlərlə məhsullar təklif etmək;
Şirkətdə çalışan işçilərin fəaliyyət sahəsindən asılı olmayaraq iş şəraitini günün tələblərinə uyğun təşkil etmək, onların bilik və səriştələrinin artırılmasını daim diqqətdə saxlamaq ;
Müştəri və istehlakçının tələb və rəylərini öyrənmək və onlara operativ reaksiya vermək ;
Müştəri və istehlakçı tələblərinə uyğun yeni çeşidli kimya məhsullarının istehsalını təşkil etmək və müştəri məmnunluğuna nail olmaq ;
Ölkə iqtisadiyyatının inkişafında və Azərbaycanın keyfiyyətli məhsullarla dünya bazarında tanınmasında mühüm rol oynamaq ;  
Müştəri və istehlakçılara göstərilən xidmətin səviyyəsini artıraraq ölkə və bölgə miqyasında liderliyə nail olmaq və onu qoruyub saxlamaq ;
” BEST Boya ” brendini  beynəlxalq səviyyədə tanıtmaq -- ilk olaraq Rusiya və Orta Asiya ölkələrinin bazarlarında məhsullarımızın satışını mükəmməl təşkil etmək və Avropanın kimya məhsulları bazarına yol açmaq ;
  “YURD-F” MMC-nin kollektivi, ölkə iqtisadiyyatının kimya sənayəsində öz sözünü demiş şirkət kimi çalışaraq, gələcəkdə də bu sahədə  öz töhfələrini verməkdə davam edəcəkdir.
 
   Boyaların yaranma tarixinə qısa səyahət
Boyalar bizim həyatda mühüm rol oynayır. Bir cox hallarda biz onların fərqinə varmırıq---bizim maşın, velosiped, yaşadıgımız ev hamısı boya ilə örtülmüşdüur.
    Insanlar həmişə öz ətraflarıinı boyamaga calışıblar, çünki bunsuz həyat  çan sıxıçı, maraqsız olardı. Insan yarandıgı ilk zamanlarda  boyaları  gildən və ovuntu halına salınmış müxtəlif süxurlardan düzəldirdilər.Insan inkişaf  etdikcə, müxtəlif əşyalara sahib olduqca daha fərqli boya calarlarına ehtiyac duyulurdu. Məhz buna görə insan  məskənlərinin inkişaf tarixini öyrənmək uçun qaya uzərindəki rəsimlərin müxtəlifliyini, rəngarəngliyini tətqiq edirler.
    Boyalar , onlar haqqında yazılı məlumat veriləndən çox əvvəl mövcud  olmuşlar.Magaralarda qayalar  üzərində  təsvir olunan rəngarəng şəkillər qədim zamanlardan indiyə qədər gəlib  çıxmışlar.
Magaralarda yaşayan insanlar onları əhatə edən hər bir hadisəni qaya üzərinə təsvir edir və hadisələri daha canlı göstərmək üçün təsvirləri rəngləyirdilər:qacan heyvanlar, ov mərasimləri. Insana məlum     olan, təxminən 250 min il əvvəl çəkilmiş ilk rəsimlər Fransa,Azərbaycan ve Ispanyada ilk insan məskənləri olan  magaralarda tapılmışdır.
Ilk insanların məskunlaşdıqları Lasko(Fransa),Azıx(1960 –ci ildə Azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən ilk insan yaşayış məskəni olan Azıx magarası tapılıb.Azıx  magarasında aparılan tədqiqatlar zamanı neondertal—azıxantropun alt çəne sümukləri tapılmışdır.Bu dunya arxeologiya tarixində misli görünməmiş bir tapıntı idi, beləki buna qedər dünyada üç belə tapıntı mövcud olmuşdur.Bu yaşayış məskəninin Fransanın cənubunda yerləşən Tottavel neondertal insan dayanacagı ilə böyük oxşarlıgı var.) magaralarında boya məhsulu kimi təbii mineralların qarışıgından—oxradan(yunan sözü olub sarı deməkdir)istifadə olunub.Qədim rəssamlar asan tapılan təbii maddələrdən—torpaq mənşəli süxurlar, taxta kömür, meyvə şirələri,heyvan mənşəli yağlar, qan və s.  istifadə edərək boya düzəldirdilər.Dəmir oksid və xrom oksid süxurları ilə uygun olaraq qırmızı və sarı boya rəngləri alınırdı.Daha tünd rənglər almaq üçün boyalara taxta kömürü əlavə olunurdu. Ilkin mərhələdə  rəssamlar boyaların qayalar üzərində daha yaxşı qalması üçün onlara heyvan mənşəli yaglar əlavə edirdilər.Bu yolla alınan boyalar uzun müddət yaş və yapışqan qalırdılar,çünki heyvan mənşəli yağlar havada çox gec quruyurdular.
Rənginə görə qana oxşayan gırmızı oxra ilə dəfn mərasimlərində  insanları boyayırdılar.Qırmızı dəmirin bizə gəlib çatan hematit adi (yunan dilində haima—qan deməkdir) bu qədim adət ilə baglıdır.
    Daha sonralar qədim cinlilər, misirlilər, türklər, yəhudilər, yunanlar və romalılar boyaların hazırlanmasında daha mürəkkəb xammadələrdən istifadə etmişdilər. Bunlardan bəzilərinin , məsələn Azərbaycanda, Ingiltərədə qayalar  üzərində  cəkilmiş rəsimlərdə istifadə olunan boyaların tərkiblərini hətda indiki  müasir elektron avadanlıqlardan istifadə etməklə belə öyrənmək və təkrarlamaq  mümkun olmur.
 Ilk dəfə qədim misirlilər öz qayıqlarını  suyun məfvedici təsirindən qorumaq üçün   izolyasiya boyadan istifadə  etmişdilər. Məhz onlar ilk dəfə öz taxta qayıqlarını  sudan qorumaq üçün qətrandan istifadə etmişdilər. 
  Intibah dövründə hər bir sənətkarın öz boya düzəltmək texnologiyası var idi :  italyan Fra Anjeliko(1387-1455) və Pyero della Francesko (1420-1492) piqmentləri yumurtanın agında qarışdıraraq boya düzəldirdilər. Digerləri kazeindən  (Süd zülalından ) qədim Romada ( divar  tesvirlərində) və qədim sərqdə(Bağdad, Səmərqənd, Istanbul, Azərbayçan—Şəki xan sarayi) sarayların bəzədilməsində istifadə edirdilər. Hollandiyalı  Yan van Eyk (1390-1441)  ilk dəfə yagl boyalardan geniş istifadəyə başlamışdır. O nazik qatlarla boya cəkməyin yollarını öyrənmişdi ki,   bu üsulla da, fəzanın, rengin dərinliklərini cox gözəl əks etdirirdi.
Bəzi boyaları düzəltmək uzun müddət  həddən artıq baha başa gəlirdi. Misal üçün göy boyanı düzəltmək üçün  istifadə olunan ultramarin, Avropaya Azərbaycandan və Afqanistandan gətirilən təbii süxurdan alınırdı. Bu mineral elə baha başa gəlirdiki rəssamlar ultramarindən ancaq xüsusi hallarda---müştəri istifadə olunacaq boyanın  pulunu qabaqçadan ödədikdə istifadə edirdilər.
Boyaların yaranma tarixinin qədim zamanlara getdiyinə baxmayaraq  boyanın sənaye üsulu ilə hazırlanması tarixi nisbətən yaxın vaxlardan başlayır. Hələ 200 il bundan əvvəl hazır boya yox idi . Boyanı istifadədən əvvəl qarışdırıb , digər qatışıqları boyada əzmək lazim idi.
Lakin sonralar  bəzi iş adamları  hazır boya qarışıqlarının üstünlüklərini başa düşdülər və bununla da boya sənayesinin əsası qoyulmuş oldu.
   50 il  bundan əvvəl boyanın çox bəsit tərkibi var idi : toz halında piqmentlər və ya piqment qarışıqları, kətan yagından hazırlanmış natural və ya sintetik əlif və həllediçi rolunda –skibidar.
 Müasir texnologiyaların inkişafı və yeni boya materialları tikililərin (istər təzə istərsə də bərpa olunmuş köhnə tikili olsun) fasad və interyerlərini  hər zövqə uyğun ,individual dizayn ilə işlənməsinə geniş imkanlar acır.