BEST TEKSTURA BOYA
BEST TEKSTURA Boya akrılık kopolimer bağlayıcı əsaslı ,silikon əlavəli xüsusi tekstura rulosu ilə çəkilərkən özəl görkəm verən mat boyadır.
Özəllikləri:
Yağış, nəm, günəş şüaları kimi hər cür atmosfer dəyişikliklərinə və dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı son dərəcə dayanıqlıdır. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubətin çölə atılmasını təmin edir. Gün şüalarının təsiri altında 15 il müddətində öz rəngini qoruyur.
BEST TEKSTURANIN əsas özəlliyi onun həm səthə vurulanda səhtdə olan xırda catları, əyrilikləri ğörünməz etməsi, həm də boyanmış fasada özəl, relyefi xatırladan bir görünüş verməsidir.
Istifadə qaydaları:
BEST TEKSTURA Boya tətbiq olunmadan əvvəl səth yağ, toz və qum kimi yapışğanlığı azaldan maddələrdən təmamilə təmizlənməlidir. Yeni suvanmiş səthin üzərinə boya cəkildikdə səht Best SİLİKONLU ASTAR ilə işlənməlidir. 5%-10% su ilə incəltilərək xüsusi tekstura rulo (YİLDİRİM Rulo) ilə boyanır.Lazım gəldikdə ikinci qat boyana bilər. Qatlar arasında 2 saat gözlənilməlidir. Boyama işləri +5 C ilə +45 C arasında, % 80 rütubətin altında aparılmalıdır. Həlledici kimi su istifadə olunur.Tam quruma vaxtı –24 saat.
Saxlama şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +50 °C üstündə olmayan mühitdə su qatılmamış şəkildə , orijinal, ağzı bağlı qablarda 3 il müddətində saxlanıla bilər.
Təhlükəsizlik Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.