Məhsullar - PVA VƏ TUTKALLAR - Tutkallar - Best Universal Tutkal

                  BEST UNİVERSAL TUTKAL
 
 BEST UNİVERSAL TUTKAL    xalq təssərüfatının bütün sahələrində və məişətdə bütün növ taxta məmulatlarını, kagız, kardon, dəri, parça, linonium yapışdırmaq və digər tikinti işlərində   istifadə olunan polivinil asetat tərkibli  yapışdırıcıdır. BEST UNİVERSAL TUTKAL   istifadə zamanı yapışdırılmış səhtlər üzərində heç bir iz buraxmır. Yüksək yapışma qabiliyyətinə malik olmasına rəğmən yapışma nöqtəsində yüksək  elastiklik   ğöstərir.
İstifadə qaydaları :
İş ğörüləcək səht hamarlanmalı, yağ və çirkdən təmizlənməlidir.Hamarlanmamış səht yapışma zamanını uzada , möhkəmliyini  azalda bilər.İstifadə olumamışdan əvvəl yapışdırıcının temperaturunun 20-40 dərəcə arasında  olması yoxlanılmalıdır. Əks halda qızdırılmalıdır. Ehtiyaç olduqda 10% qədər su ilə qarışdırıla bilər. BEST UNİVERSAL TUTKAL    səhtə bir dəfə sürtülür.Kəskin ehtiyac olduqda bunu iki dəfə etmək olar bir şərtlə ki, birinci səthin quruması ğözlənilsin.
Yapışdırıcı istifadə edildikən sonra təxminən 3 dəqiqə ğözləmək lazımdır : bu zaman ərzində yapışdırıcı qatı ,yapışqan hala düşməlidir. Ancaq bundan sonra hissələri birləşdirmək olar.  Hissələri birləşdirdikdən sonra bir neçə saniyə  onları bir-birinə sürtmək və bir neçə saat sıxıb saxlamaq lazımdır. Təkrar yapışdırma zamanı köhnə yapışqan qalıgının üzərinə yaş əski qoyub , nəm olduqdan sonra isə onu təmizləmək  lazımdır.
Yapışdırılacaq taxtanın nəmliyi 20% artiq olmamalıdır. Əks halda yapışqanlıq aşağı düşür. BEST UNİVERSAL TUTKAL     quruyandan sonra şəffaf səht yaradır. +5 C ilə +50 C  temperatur arasında istifadə etmək olar. 
Qablaşdırma:
25 kg / 10 kg / 3.5 kg / 1 kg
Saxlama  şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +40 °C üstündə olmayan mühitdə su qatilmamiş şəkildə , orijinal ağzı bağlı qablarda  3 il müddətində  saxlanıla bilər.
Təhlükəsizlik   Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.