BEST TUTKAL
BEST TUTKAL bütün növ taxta məmulatlarını yapışdırmaq ücün istifadə olunan polivinil asetat tərkibli yapışdırıcıdır. Taxta emalı və mebel sənayesində istifade üçün nəzərdə tutulub.İstifadə zamanı taxta məmulatlarında heç bir iz buraxmır. Yüksək yapışma qabiliyyətinə malik olmasına rəğmən yapışma nöqtəsində yüksək elastiklik ğöstərir.
İstifadə qaydaları :
İş ğörüləcək səht hamarlanmalı, yağ və çirkdən təmizlənməlidir.Hamarlanmamış səht yapışma zamanını uzada , möhkəmliyini azalda bilər.İstifadə olumamışdan əvvəl yapışdırıcının temperaturunun 20-40 dərəcə arasında olması yoxlanılmalıdır. Əks halda qızdırılmalıdır. BEST TUTKAL səhtə bir dəfə sürtülür.Kəskin ehtiyac olduqda bunu iki dəfə etmək olar bir şərtlə ki birinci səthin quruması ğözlənilsin.
Yapışdırıcı istifadə edildikdən sonra təxminən 3 dəqiqə ğözləmək lazımdır : bu zaman ərzində yapışdırıcı qatı ,yapışqan hala düşməlidir. Ancaq bundan sonra hissələri birləşdirmək olar. Hissələri birləşdirdikdən sonra bir neçə saniyə onları bir-birinə sürtmək və bir neçə saat sıxıb saxlamaq lazımdır. Təkrar yapışdırma zamanı köhnə yapışqan qalıgının üzərinə yaş əski qoyub , nəm olduqdan sonra isə onu təmizləmək lazımdır.
Yapışdırılacaq taxtanın nəmliyi 20% artıq olmamalıdır. Əks halda yapışqanlıq aşağı düşür. BEST TUTKAL quruyandan sonra şəffaf səht yaradır. +5 C ilə +50 C temperatur arasında istifadə etmək olar.
Qablaşdırma:
25 kg / 10 kg / 3.5 kg / 1 kg
Saxlama şərtləri:
Birbaşa günəş işığı olmayan, 0°C altında və +50 °C üstündə olmayan mühitdə su qatılmamış şəkildə , orijinal ağzı bağlı qablarda 3 il müddətində saxlanıla bilər.
Təhlükəsizlik Şərtləri:
Uşaqların əli çata biləcəyi yerdən uzaq tutun.